Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) terror fəaliyyətlərində iştirak edən əməkdaşları məsuliyyətə cəlb edilməlidir.
APA xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Knessetin UNRWA-nın İsrail ərazisində fəaliyyətini qadağan edən qanunu təsdiqləməsindən sonra bildirib.
"İsrailə qarşı terror fəaliyyətində iştirak edən UNRWA əməkdaşları cavab verməlidirlər", - deyə İsrailin baş naziri “X” hesabında yazıb.
Qeyd edək ki, UNRWA 1949-cu ildə yaradılıb. Onun vəzifələrinə Qəzza zolağı, İordan çayının qərb sahilləri, İordaniya, Livan və Suriyadakı 5,9 milyon qaçqına tibbi, sosial, ərzaq yardımı və təhsil vermək daxildir.