RU

UNRWA rəhbəri agentliyin İsraildə fəaliyyətinin qadağan edilməsini pisləyib

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini Knessetin oktyabrın 28-də təşkilatın İsraildə fəaliyyətini qadağan edən qərarını pisləyib.

APA xəbər verir ki, o bu haqda “X” hesabında paylaşım edib.

“İsrail parlamentinin UNRWA əleyhinə səs verməsi təhlükəli presedent yaradır. Bu, BMT nizamnaməsinə ziddir və İsrail dövlətinin beynəlxalq hüquq üzrə öhdəliklərini pozur”, – deyə o bildirib.

Lazzariniyə görə, belə bir qərar fələstinlilərin vəziyyətini daha da pisləşdirəcək və kollektiv cəzadan başqa bir şey deyil. Məsələn, bu, 650 mindən çox uşağı təhsil almaq imkanından məhrum edəcək.

Избранный
61
1
apa.az

2Источники