RU

Məktəblilərə KETÇUP yemək buna görə qadağan edilibmiş


Fransada məktəblərdə şagirdlərə ketçup yemək qadağan edilib. Bunun səbəbini biləndə təəccüblənəcəksiniz.

Lent.az xəbər verir ki, Fransa yemək mədəniyyətini təkcə qidalanma fəaliyyəti kimi deyil, həm də dərin mədəni təcrübə kimi qəbul edir.

Bu anlayışın məhsulu olaraq 2011-ci ildə Fransa hökuməti məktəblərdə ketçupdan istifadəni qadağan etmək qərarına gəlib.

Bəs, bu maraqlı qadağanın arxasında hansı səbəblər dayanır?

Zəngin və köklü bir kulinariya mədəniyyətinə malik olan Fransa, yeməklərinin təbii dadlarını vurğulamaqda çox vasvasılıq edir.

Məlum olub ki, ketçup kimi məhsulun qidaların orijinal dadlarına kölgə saldığı və bunun da yemək mədəniyyətinə zərər verdiyi düşünülür.

Fransada məktəblərdə ketçup istehlakının qadağan edilməsinin digər səbəbi də sağlamlıqdır. Ketçup yüksək natrium və şəkər tərkibi ilə piylənməyə səbəb olur.

Bu qərar uşaqların sağlam qidalanma vərdişlərini təşviq etmək və piylənmə nisbətlərini azaltmaq üçün qəbul edilib.

Ölkənin bütün məktəblərində ketçup tamamilə qadağan olunmasa da, müəyyən qaydalara tabedir. Tələbələr həftədə yalnız bir dəfə yeməklərini ketçupla yeyə bilərlər.

Xüsusilə kartof qızartması kimi ketçupla eyniləşdirilmiş yeməklərə qoyulan bu məhdudiyyət gənc nəslin ketçupa olan aludəliyini azaltmaq məqsədi daşıyır.


Избранный
63
news24.az

1Источники