RU

İki min illik mumiyanın sirri çözüldü - Foto

Avstraliyanın Perta Muzeyi rəqəmsal rekonstruksiya sayəsində naməlum 2600 illik mumiyanın kimliyini müəyyən edə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Guardian” yazır.

1936-cı ildə muzey hədiyyə olaraq Misir sarkofaqı alıb. Onun misirli bir qadına aid olduğuna inanılırdı, amma sümükləri təhlil etdikdən sonra mütəxəssislər onun 2000 ildən çox əvvəl Yuxarı Misiri fəth edən Kuş krallığından olduğunu müəyyən ediblər.

Sarkofaqın üzərindəki heroqliflər orada dəfn edilən şəxsin Ta-Kr-Xb və ya Taxerxeb adlandığını göstərir. Onun otuz yaşlarında vəfat edən və ağır diş çürüməsindən əziyyət çəkən qaradərili bir kahin və ya şahzadə olduğuna inanılır. E.ə. 760-525-ci illərdə yaşadığı güman edilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
14
teleqraf.com

1Источники