RU

Kanada Gürcüstanla münasibətlərə yenidən baxılacağını açıqlayıb

Kanada Gürcüstan hökuməti ilə münasibətlərə yenidən baxılacağını açıqlayıb. Oktyabrın 26-da keçirilən parlament seçkilərində müşahidəçilərin çoxsaylı qanun pozuntuları ilə bağlı hesabatlarından narahatlığını ifadə edib...

Poliqon xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında məlumat verilib.

"Kanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və digər qərəzsiz müşahidəçilər tərəfindən geniş yayılmış seçicilərə hədə-qorxu, rüşvət vermə və digər seçki günü pozuntularından narahatdır", deyə bəyanatda qeyd edilir.

Bİldirilir ki, G7 və Avropa tərəfdaşları ilə koordinasiyada, eləcə də bu seçkilərin keçirilməsi və nəticələri fonunda Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacaq.

"Gürcüstan rəhbərliyi demokratiyaya, insan haqlarına, qanunun aliliyinə hörmətlə yanaşdıqca və son zamanlar demokratik inkişafda geriləmə ilə bağlı məsələləri həll etdikcə Kanada Gürcüstanla əməkdaşlığa açıq qalır", deyə XİN bildirib.

Kanada Gürcüstan hakimiyyətini dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırıb.

"Biz gürcülərə seçki prosesində, xüsusən də seçicilər, seçki məntəqələrinin əməkdaşları və ictimai müşahidəçilər rolunda fəal iştiraklarına görə minnətdarıq", deyə müraciətdə qeyd edilir.

Qeyd edık ki, beynəlxalq müşahidəçilər Gürcüstanda seçkilər zamanı təzyiq və hədə-qorxu ilə bağlı məlumat veriblər. Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə edəcək beynəlxalq missiyaya 42 ölkədən 529 nümayəndə, o cümlədən DTİHB-nin 380 eksperti, Avropa Parlamentindən 60 parlamentari və ATƏT Parlament Assambleyasının əməkdaşı, AŞPA-dan 39, NATO Parlament Assambleyasından 38 və NATO Parlament Assambleyasından 12 nümayəndə daxil olub.

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib və onun nəticələrini tamamilə saxta adlandırıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayıb, ona görə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası 54,273 faiz səs toplayıb. Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin Birlik-Milli Hərəkat Partiyası, Dəyişikliklər üçün Koalisiya, Qaxariya Gürcüstan Naminə Partiyası və Lelo Partiyası parlament seçkilərinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyaları təkrar seçkilərin beynəlxalq administrasiya tərəfindən təşkil edilməsini tələb edir.

Poliqon.info

Избранный
48
poliqon.info

1Источники