RU

Orban: Avropa siyasəti təlimatlara əsaslanır, yalnız liberalların qələbəsi demokratiyadır

Liberallar qalib gələndə Brüsseldə seçkilərin demokratik keçirildiyi deyilir, mühafizəkarlar qalib gəldikdə isə demokratiyanın olmadığı deyilir, bunu ciddi qəbul etməməlisiniz, bu adi bir hekayədir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

O, oxşar vəziyyətin Macarıstanda da baş verdiyini, bu məsələyə ciddi yanaşmağa ehtiyac olmadığını vurğulayıb.

“Macarıstanın bir çox mübahisələrdən qalib çıxmış Baş naziri kimi demək istəyirəm ki, belə mübahisələr gələcəkdə də olacaq, ancaq siz bunu olduğu kimi qəbul etməlisiniz. Seçkilərin nəticəsi danılmazdır. Azad və demokratik seçkilər keçirilib, ancaq Avropada bununla bağlı mübahisələr hələ çox olacaq. Bunu ciddiyə almayın, bu adi hekayədir. Belə mübahisələr Brüsseldə hər zaman olub. Avropa siyasəti təlimatlara əsaslanır – liberalların qələbəsi demokratiyadır, mühafizəkarların qələbəsi isə demokratiya deyil. Belə debatlar Brüsseldə hər zaman olur, fərqi yoxdur seçkilər Macarıstanda keçirilir və ya başqa ölkədə. Bu belədir və bu cür də başa düşülməlidir”, - Orban qeyd edib.

Избранный
37
apa.az

1Источники