RU

Tədris ilinin sonuna kimi dövlət 1500 uşaq üçün özəl bağçada təhsil almaq imkanı yaradacaq

Tədris ilinin sonuna kimi dövlət-özəl tərəfdaşlığı ilə 1500 uşağın özəl bağçada məktəbəqədər tədrisə cəlb olunması nəzərdə tutulub. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

"Hazırda bu pilot layihədir. 500 uşağın bu layihədən yararlanması üçün şərait yaradılıb. Tədris ilinin sonuna kimi bu sayın 1500-ə çatdırılması nəzərdə tutulur. Layihə uğurlu olarsa gələcəkdə bu say artırılacaq",- Bağırov söyləyib.

Hazırda ölkə üzrə məktəbəqədər təhsilə 35% uşaq cəlb edilib. Bu faizin 2026-ci ilə qədər 50%-ə çatdırılması nəzərdə tutulub.
 
Gülnar Nazimqızı 

www.anews.az
Избранный
14
anews.az

1Источники