Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Oman dənizində ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə 3 gəmini vurduqlarını açıqlayıblar.Husilərin Hərbi Sözçüsü Yəhya Seri “Əl-Mesira” televiziyasında yayımlanan çıxışında husilər tərəfindən elan edilmiş Fələstin ərazilərinə giriş qadağasını pozan 3 gəmiyə qarşı əməliyyat keçirdiklərini bildirib.Seri "SC MONTREAL" və "MAERSK KOWLOON" adlı gəmilərə Oman dənizində PUA və qanadlı raketlərlə, Qırmızı dənizdə "MOTARO" adlı gəmiyə isə ballistik raketlər hücum etdiklərini qeyd edib.Seri gəmilərə sahib olan şirkətlər haqqında məlumat verməyib.Mənbə: AA
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта