RU

Bütün türk dövlətləri ilə bir-birimizə ciddi dəstək verən müqavilələr imzalamalıyıq - Təklif

“Mən çox istərdim ki, türkdilli dövlətlər Avropa İttifaqı modeli kimi ittifaq yaradılsın. Belə bir ittifaqın yaradılması  kapitalın və işçilərin sərbəst hərəkət edə biləcəyi ümumi bazarın yaradılmasını da müzakirə etməliyik. Belə olsa, düşünürəm ki, bu, türk xalqının sürətli inkişafına, təhlükəsizliyinə daha ciddi kömək etmiş olar”.

Azreform.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə Azərbaycanla Özbəkistan arasında müqavilənin ratifakasiyasının müzakirəsi zamanı deyib.

Deputat hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri bununla bitməməli, ona əməl etməlidir: “Digər türk dövlətləri ilə bir-birimizə qayğı göstərən, bir-birimizə daha ciddi dəstək verən müqavilələr imzalamalıyıq”. 

Mürtəza
Azreform.info

Избранный
30
2
azreform.info

3Источники