Pentaqon nüvə nəzarəti sistemini modernləşdirmək istəyir
Pentaqonun nüvə nəzarəti və rabitə sistemi köhnəlib, onun təkmilləşdirməyə ehtiyacı var. Bu problemin həllinə süni intellektkömək edə bilər.
Reyting.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının (USSTRATCOM) rəhbəri, Hərbi Hava Qüvvələrinin generalı Entoni Kotton deyib.
Onun sözlərinə görə, USSTRATCOM modernləşdirməyə kömək edə biləcək bütün mümkün texnologiyalar, texnika və üsulları araşdırır.
Kotton Müdafiə Kəşfiyyat Sistemləri Konfransında qeyd edib ki, süni intellekt qərarvermə imkanlarını artıracaq: “Ancaq heç vaxt süni intellektin bizim yerimizə bu qərarları qəbul etməsinə icazə verməməliyik. Qabaqcıl sistemlər bizi daha sürətli və daha effektiv məlumatlandıra bilər”.
Kotton hesab edir ki, süni intellektdən məlumatların toplanmasının avtomatlaşdırılması və məlumat mübadiləsini sürətləndirmək üçün istifadə oluna bilər. O, əlavə edib ki, tədqiqat səyləri süni intellektdən istifadənin yaratdığı riskləri anlamağa yönəldilməlidir.