RU

Bakıda müəllimlərin qapını bağlayaraq şagirdləri məktəbdə qoyub getdiyi barədə xəbərlərə aydınlıq gətirildi

Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə müəllimlərin məktəbi bağlayıb, şagirdləri içəridə qoyub getdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, məktəbdən APA-ya bildirilib ki, oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb:

“Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir”.

“Məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır”, – deyə məlumatda qeyd edilib

Избранный
15
8
heftelik.az

10Источники