RU

ATXƏM Brüsseldə silsilə tədbirlər keçirib

Brüsseldə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı"
mövzusunda silsilə tədbirlər davam edir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi "Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" layihəsini icra edir.
Tədbir içtirakçıları bu gün oktyabrın 26-də Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən TÜRKSAT
TV vasitəsilə efirə yayımlanan "Kanal Avropa TV"-nin "Brüssel" Kanal Gündəmi" proqramında qonaq
olmiuşlar. Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika Dostluq
Cəmiyyətinin sədri Ayhan Dəmirçi, layihə rəhbəri, ATXƏM İB-nin sədri İlham İsmayılov, layihənin
ekspertləri "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli, LAF TV-nin rəhbəri, əməkdar
jurnalist Ləman İsmayılovanın iştirakı ilə təşkil olunmuş verilişdə "Qərbi Azərbaycana Qayıdış
Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusu ilə bağlı geniş məlumatlar verilmiş
və ətraflı müzakirələr aparılmışdır.
Daha sonra tədbir iştirakçıları Belçikanın Maasmechelen şəhərində ATİB Türk Kultur Mərkəzində görüş
keçirilmişdir. Görüşü Belçika-Türkcə Media Birliyinin sədri Huseyin Dönmez açaraq qonaqları salamlamış
və sonra “İRƏVAN _ Gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirildi. ATXƏM İB-nın sədri İlham
İsmayılov tarixi faktlara əsaslanaraq tədbir iştirakçılarına vaxtilə Qərbi Azərbaycan torpaqlarına
ermənilərin köçürülməsi, onların bu torpaqlarda məskunlaşması, əsrlərlə soydaşlarımızın öz ata-baba
yurdlarından didərgin salınması və deportasiya edilməsi barədə geniş məlumat vermiş və bu gün qərbi
azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsinı dünya
ictimaiyyətinin diqqətinə çatdırılmasının qarşımızda mühüm bir vəzifə olduğunu qeyd etmişdir. Daha
sonra Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Cəmiyyətin İnkişafi Mərkəzi" İBnin sədri Əhməd Abbasbəyli, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova, ATİB Türk Kultur
Mərkəzinin rəhbəri Ahmet Cücük mövzu ilə bağlı çıxış etmişlər. Görüşün sonunda Ahmet Cücük İlham
İsmayılova Türk Xalqlarının əməkdaşlığında fəaliyyətinə görə plaket təqdim etdi.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Избранный
11
2
sherg.az

3Источники