RU

Siyasi-analitik: İnanmıram ki, Baxçalı elə-belə nəsə açıqlama versin...

MHP lideri yeni bir açıqlama ilə gündəmə gəlib...

Kənan Novruzov: “Bəzən Dövlət Baxçalını belə qeyi-adekvat bəyanat verdiyini yaşı ilə əlaqələndirirlər”.

Dövlət BaxçalıRəcəb Tayyib Ərdoğan daim birlikdə addım atırlar, daim məsləhətləşirlər”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov MHP liderinin son günlər PKK ilə bağlı səsləndirdiyi fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

MHP lideri Dövlət Baxçalı yeni bir açıqlama ilə gündəmə gəldi. Baxçalı türkü sevməyən kürd, kürd deyil, kürdü sevməyən türk, türk deyil, şüarını irəli sürüb.

Bəs, Ankaranın son günlər Baxçalının dili ilə səsləndirdiyi, "PKK-nın silahsızlaşdırılması" və "milli birlik" çağırışlarının pərdəarxasında nələr dayanır? Bu tip şüarlar kürd separatizminə qarşı effektli ola bilərmi və yaxın gələcəkdə separatizmin ortadan qaldırılması üçün Ankaranın hansı real addımlar atmasına ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Baxçalı gələcəkdə baş verəcək hadisələrin bir növ carçısı rolunda çıxış edib”.

Baxçalının kifayət qədər təcrübəsinin və siyasi gedişlərinin oıduğunu bildirən analitik Baxçalının elə-belə nəsə açıqlama verdiyini inanmadığını qeyd edib:

“Türkiyədə bu məsələ son günlər müzakirə olunur. Bəzən Dövlət Baxçalını belə qeyi-adekvat bəyanat verdiyini yaşı ilə əlaqələndirirlər. Amma belə deyil. Dövlət Baxçalının kifayət qədər təcrübəsi və siyasi gedişləri var. İnanmıram ki, Baxçalı elə-belə nəsə açıqlama versin.

Bildiyimiz kimi, Dövlət BaxçalıRəcəb Tayyib Ərdoğan daim birlikdə addım atırlar, daim məsləhətləşirlər. Bu baxımdan, Baxçalı həm də hakimiyyətin mövqeyini ifadə edib. Düşünürəm ki, Baxçalı gələcəkdə baş verəcək hadisələrin bir növ carçısı rolunda çıxış edib”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
23
poliqon.info

1Источники