Bakı,TurkicWorld
Alanya şəhər bələdiyyəsi, bələdiyyədə istifadə olunan maşınların yanacaq alışı üzrə tender elan edib.
Bu barədə TurkicWorld-a Alanya bələdiyyəsindən bildirilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaq alımı üzrə son tarix tenderin nəticələrinin açıqlanması 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilə qədərdir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 noyabr 2024-cü ildə “Oba Ek Hizmet Binası Oba Mah.Çarşamba Cad.No:93 - Alanya / Antalya” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.