RU

Kloze Mahirdən nə istəyir?

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreli haqda danışıb.

Publika.az xəbər verir ki, o, Azərbaycan millisinin 27 yaşlı hücumçusu barədə bu sözləri deyib:

"Emreli ilə Stefanos Tsimas hələ bir-birlərinə tam öyrəşməyiblər. Bununla belə, Tsimas artıq topu özündə saxlaya bilir. Mahirdən bir az da hərəkətli olmağını istəyirəm. Hərəkətdə olanda onun nə qədər dinamik ola biləcəyini görürsünüz”.

Qeyd edək ki, Mahir Emreli bu yay "Nürnberq"ə keçib. O, komandasının 2-ci Bundesliqadakı son 2 matçında qol vurub.

Избранный
15
1
publika.az

6Источники