Heydər Əliyev Beynəlxalq Hava Limanı adından son zamanlar sahibləri tapılmayan itirilmiş baqajların hava limanı tərəfindən satışa çıxarıldığı barədə elanlar paylaşılır və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir. Hava limanı adından açılmış saxta profillərdə paylaşılan bu cür məlumatlar tamamilə əsassız, saxta (feyk) paylaşımlardır. Bunun Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.
Bakıvaxtı.az xəbər verir ki, Bu barədə Azəpress-ə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.
Vətəndaşlarımıza diqqətli olmağı, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.