Türkiyənin aparıcı telekanalları, qəzetləri, informasiya agentlikləri və xəbər saytları Prezident İlham Əliyevin qardaş ölkədə Respublika Günü elan edilməsinin 101-ci ildönümü münasibətilə təbrikini geniş işıqlandırıb.
“İki sahil” xəbər verir ki, Türkiyə mediasının materiallarında Azərbaycan Prezidentinin qardaş ölkənin nailiyyətlərinə verdiyi yüksək qiymət xüsusi vurğulanıb.
Eyni zamanda, Prezident İlham Əliyevin regionda inkişafa, sülhə və təhlükəsizliyə töhfə verən iki ölkənin qardaşlığının sarsılmaz olması barədə sözləri sitat gətirilir.
Qeyd olunur ki, Azərbaycanın dövlət başçısı Türkiyəni yüksək nüfuz və etimad qazanmış, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə adlandırıb.