Hizbullah tərəfindən verilən açıqlamada Hizbullah Şura Şurasının yeni baş katib vəzifəsinə Naim Qasımı seçdiyi bildirilib. SİA-nın əldə etdiyi məlumata görə, o, bundan əvvəl Hizbullah baş katibinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Hizbullahın bundan əvvəlki başçısı Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyrutda endirdiyi hava zərbələri nəticəsində öldürülüb.