RU

Tbilisidə müxalifətin yürüşü başlayır

Tbilisinin mərkəzində müxalifətin Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq yürüşü başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Tbilisi Dövlət Universitetinin yaxınlığında toplaşan etirazçılar Rustaveli prospektində, bir gün əvvəl də müxalifətin böyük mitinqi keçirildiyi parlament binasına doğru yürüş etməyi planlaşdırırlar. Qeyd olunur ki, aksiyaya dünənkindən daha az adam toplaşıb.

Nümayişçilər Gürcüstanın, Avropa İttifaqının bayraqları, eləcə də avropapərəst şüarlar yazılmış plakatlar daşıyırlar. Hazırda polis əməkdaşlarının nəzarəti altında yürüş insidentsiz keçirilir.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib. Gürcüstan müxalifəti seçkinin nəticələrini tanımır və yenidən səsvermənin keçirilməsini tələb edir.

Избранный
18
publika.az

1Источники