RU

Ukraynanın tələbi ilə Findandiyadakı Rusiya əmlakına həbs qoyuldu

Rusiyanın Findandiyadakı əmlaklarına həbs qoyulub.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, söhbət Helsinki və Aland adalarında bir sıra mülklərdən, o cümlədən Rusiya Elm və Mədəniyyət Mərkəzinin torpaq sahəsindən gedir. Bu əmlaklar Finlandiya məhkəməsinin qərarı ilə müsadirə olunub.

TASS-ın məlumatına görə, müsadirə qərarları altı Ukrayna şirkətinin tələbi əsasında qəbul edilib. Qərarlardan aydın olur ki, ərizələr avqustun 7-də Rusiya Federasiyasına qarşı Helsinki məhkəməsinə “Ukrqazvydobuvannya” Səhmdar Cəmiyyəti, “Ukrtransqaz” Səhmdar Cəmiyyəti, “Ukrtransnafta” Səhmdar Cəmiyyəti, “Çernomornefteqaz” Milli Səhmdar Cəmiyyəti, Ukraynanın Naftogaz Səhmdar Cəmiyyəti, "Ukrayna Qazı" törəmə şirkəti adından daxil olub: “Rayon məhkəməsi Rusiya Federasiyasının daşınar və (və ya) daşınmaz əmlakının ərizəçilərin göstərdiyi məbləğdə - 4 222 875 858,81 ABŞ dolları, 23 889 036,26 ABŞ dolları və 882 435,90 avro məbləğində müsadirə edilməsi barədə qərar çıxarır”.

Oktyabrın 29-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynanın tələbi ilə Finlandiyadakı əmlakının müsadirə edilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

 

Musavat.com

Избранный
33
musavat.com

1Источники