RU

Mask “Washington Post”-un seçkilərdə namizədləri dəstəkləməkdən imtina qərarına cavab verib

Sahibkar və multimilyarder İlon Mask Washington Post-un qarşıdan gələn seçkilərdə ABŞ prezidentliyinə müəyyən namizədi dəstəkləməmək qərarını sərt şəkildə şərh edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Maskın sözlərinə görə, “Washington Post”-un kimi dəstəkləməsi heç kimin vecinə deyil.

O, qəzetin müəlliflərinin daha çox “dözülməz radikal solçular” olduğunu vurğulayıb. Bir sıra jurnalistlərin nəşri tərk etməsini şərh edən Mask qeyd edib ki, ən pis işçilər qəzeti tərk ediblər və bu yaxşıdır.

Избранный
23
nocomment.az

1Источники