“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın hücumçuları Mahir Emreli və Stefanos Tsimas haqda danışıb.
Sportinfo.az xəbər verir ki, “Berliner Kurier”ə danışan almaniyalı mütəxəssis millimizin frovardı barədə bunları deyib:
"Bəzən mənə elə gəlir ki, onlar bir-birlərinə hələ tam öyrəşməyiblər. Bununla belə, Tsimas artıq topu saxlaya bilir.
Mahir Emrelidən bir az daha aktivlik istəyirəm. Hərəkətdə olanda onun nə qədər dinamik ola biləcəyini görürük".