RU

Mətbuat prospektində aparılan təmir işləri yekunlaşıb (FOTO/VİDEO)

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasıistiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyitərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Bakı şəhəri,Mətbuat prospektində aparılan təmir işləri yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan AvtomobilYolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılan işlər çərçivəsində ərazidəköhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb,ardınca “İnşaat Norma və Qaydaları”na əsasən lazımi qalınlıqda yeniasfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihəhündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrininnormal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərininçəkilişi işləri aparılıb.

Sözügedən prospekt müasir görkəmdə artıq vətəndaşlarınistifadəsindədir.

Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Избранный
14
48
az.trend.az

10Источники