RU

Rusiya səfirliyi Finlandiyanın Rusiya aktivlərinə qarşı hərəkətlərinə etiraz edib

Rusiya səfirliyinin Finlandiya Xarici İşlər Nazirliyinə məktub göndərdiyi və Moskvanın ölkədəki daşınmaz əmlakının ələ keçirilməsinə kəskin etiraz etdiyi bildirilib.

Editor.az xəbər verir ki, bu barədə diplomatik nümayəndə heyətinin verdiyi açıqlamada deyilir.

Finlandiya Xarici İşlər Nazirliyinə göndərilən məktubda Səfirlik Finlandiya hakimiyyətinin beynəlxalq hüququn müddəalarını ciddi şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirib. Səfirlik əlavə edib ki, müsadirə edilmiş mülklərin yarısı, o cümlədən diplomatların yaşadığı bağ evləri və mənzillər rəsmi və nümayəndəlik məqsədləri üçün istifadə edilən diplomatik daşınmaz əmlakdır və bu səbəbdən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və Finlandiya qanunvericiliyinin müddəalarına uyğun olaraq toxunulmazlığa malikdir. Diplomatik nümayəndə heyəti bildirib: “Rusiya tərəfinin cavab tədbirləri, o cümlədən Finlandiya rəsmilərinin çağırışımıza reaksiyası öyrəniləcək”.

Finlandiyanın “Helsingin Sanomat” qəzeti ötən gün Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzinin ələ keçirildiyini və bunun oktyabrın 24-də qüvvəyə mindiyini bildirib. Bundan əlavə, qəzet icra orqanına istinadən bildirib ki, müsadirə olunan əmlakların siyahısı 44 maddədən ibarətdir və onların dəyəri 35,5 milyon avro dəyərində qiymətləndirilir. Helsinki Rayon Məhkəməsinin qərarına əsasən, Finlandiyanın Rusiya aktivlərini dondurması ilə bağlı işi altı Ukrayna enerji şirkəti qaldırıb.

Qeyd edək ki, prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya Finlandiyadakı Rusiya daşınmaz əmlakına həbs qoyulmasına məhkəmə yolu ilə etiraz edəcək və öz maraqlarını qorumaq üçün bütün qanuni vasitələrdən istifadə edəcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
15
editor.az

1Источники