Bakıda avtobus işıqforun qırmızı işığında keçərək qəza törədib.
“İki sahil” xəbər verir ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Mehdiyev Əkbər Ağamalı oğlu idarə etdiyi "Karsan" markalı avtobusla işıqforun qırmızı işığında dayanmayaraq hərəkətə davam edib. İşıqforun yaşıl işığında Binəqədi şossesi istiqamətində hərəkətə başlayan "Opel-Corsa" markalı avtomobillə, “Opel Corsa” da "Changan" və "Hyundai Santa Fe" markalı avtomobillərlə toqquşaraq zəncirvari qəza edib.
Hadisə nəticəsində "Opel- Corsa"nın sürücüsü Azər Əyyubov və sərnişin Cavid Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.