RU

AZAL vətəndaşları aldadırmı? - RƏSMİ

Sosial şəbəkələrdə  Bakı Hava Limanında itirilmiş çamadanların  satıldığına dair paylaşım öz əksini tapıb.
 
Moderator.az xəbər verir ki, elanda qeyd edilib ki, itmiş çamadanlar satılır:
"Üç aydan çox saxlanılan baqaj utilizasiyaya göndərilir. Anbarımızı boşaltmalı olduğumuz üçün çamadanları cəmi 1.88 AZN-ə satırıq”.
 
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.
 
Heydər Əliyev Beynəlxalq Aeroportu məsələyə dair açıqlama yayıb.
 
Moderator.az xəbər verir ki, açıqlamada qeyd edilib ki, son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir:
 
“Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.
Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.
Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.
 
Mehin Mehmanqızı
Избранный
38
1
moderator.az

2Источники