RU

Təhlükəsizlik adacığında təhlükə yaradan "Range Rover" - 10-JO-606 - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 26-da, paytaxtın Hüseyn Cavid prospektində baş verib.

Belə ki, 10-JO-606 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü sağdan gələn avtomobillərə yol verdikdən sonra hamıdan önə keçməyə çalışıb. O, təhlükəsizlik adacığının üzərinə çıxaraq yol nişanlanma xəttinin tələbini pozub.

Sözügedən kəsişmədə əksər sürücülər bu nişanlanma xəttinin tələbini pozurlar. Onlar düşünürlər ki, bu xətt sadəcə yaraşıq üçün çəkilib.

Qeyd edək ki, təhlükəsizlik adacığının əhəmiyyəti nəqliyyat axınlarını ayırmaqdan və onların təhlükəsiz hərəkətindən ibarətdir. Bu xəttin tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci 40 manat məbləğində cərimə oluna bilərlər.

 

Fərid

Избранный
22
1
avtosfer.az

2Источники