CHP sədri Özgür Özəl bu gün İstanbulun Esenyurt rayon Bələdiyyəsinin sədri Ahmet Özerin evində saxlanılmasına sərt reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Özgür Özəl ölkə siyasətində çox çirkin oyun oynanıldığını iddia edib: "Çirkin oyunu, böyük sui-qəsdi görürük. Nə bunun bir parçası olacağıq, nə də təslim olacağıq" deyən Özəl bildirib ki, Ahmet Özerin həbsi qanunsuzdur: "Bu səhər həyata keçirilən əməliyyatı yaxından izləyirəm. Cəmi 6 ay əvvəl namizəd olduğu və bu zaman "təmiz dosye" alaraq iştirak etdiyi seçkilərdə Esenyurtda qalib gələn Ahçet Özerə qarşı iddialar əsassızdır"
CHP İstanbul şəhər təşkilatının sədri Özgür Çelik də Esenyurt Bələdiyyəsinin sədrinin müdafiəsinə qalxıb: "Professor Ahmet Özer bu ölkədə dekan və prorektor vəzifələrində çalışmış, dövlətə xidmət etmiş bir akademikdir. O, Esenyurdu mənfəət üçün talayanlara qarşı xalqın iradəsi ilə seçilmiş bələdiyyə sədridir. Esenyurt xalqını səfalətə, Esenyurt'a xəyanət edənlərə, küçələrdəki qatillərə, narkotik baronlara, çetelərə və sairlərə toxunmayanlar tərəfindən səhər saatlarında evindən tutulmasını qəbul etmirik..."
Firudin Səfərli
MİA.AZ