Dünya bazarında qızılın qiyməti ilk dəfə 2800 dollar həddini keçdi.
Bakıvaxtı.az xəbər verir ki, Nyu-York əmtəə birjasında bu səhər 1 unsiya qızıl 2801,7 dollara satılıb. Bundan əvvəl qızıl 2700 dollarlıəq psixoloji həddi sentyabrın 26-da keçib.
Bununla da ilin əvvəlindən qiymət artımı 35 faizə çatıb.
Bu il qızılın qiymətini artıran amillər arasında dünyada geosiyasi risklərin kəskinləşməsi, monetar siyasətin yumşaldılması və ABŞ-da prezident seçkilərinin nəticəsinin qeyri-müəyyənliyi var. Bütün bunlar təhlükəsiz sığınacaq kimi qızıla tələbatı artırır.
ABŞ-da seçkilərə qədər son həftələrdə ştatlarda siyasi qeyri-müəyyənlik faktoru qızılın bahalaşmasını xüsusilə sürələndirir.
Bəzi analitiklər hesab edir ki, qızılın belə sürət götürməsi dollara arxalanan maliyyə sistemi üçün təhlükə yarada bilər.