İspaniyann Valensiya şəhərində leysan yağışların daşqınlara səbəb olması nəticəsində azı 50 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Bundan əvvəl İspaniya Mülki Qvardiyası TASS-a 13 qurbanla bağlı məlumatı təsdiqləyib.
Albasetedə də itkin düşən 6 nəfərin axtarışı davam etdirilir.
Fırtına həmçinin qatarların hərəkətini dayandırıb və reysləri ləğv edib.
Hazırda hərbçilərin cəlb olunduğu ərazilərdə xilasetmə işləri aparılır.