1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Cəlilabad rayon sakini M.Amanov idarə etdiyi "Tofaş" markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisləri tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü M.Amanov 15 sutka inzibati qaydada həbs edilib.