RU

Gürcüstan Baş Prokurorluğu ölkə prezidentini dindirməyə çağırdı

Gürcüstan prokurorluğu ölkə prezidenti Salome Zurabişvilini oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığı iddiası ilə bağlı dindirməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat dərc edib. 

Bundan əvvəl Zurabişvili Gürcüstanda parlament seçkilərində səsvermə zamanı “erməni karuseli”ndən (Gürcüstanda bu anlayış Gürcüstanda eyni adamların müxtəlif seçki məntəqələrində bir neçə dəfə səs verməsi mexanizmi nəzərdə tutulur – red.) parlament seçkilərində, o cümlədən səsvermə zamanı istifadə edildiyini açıqlamışdı. Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezidentin ittihamlarını şərh edərək, onları yalan adlandırıb və ölkənin seçki sistemini gözdən salmaq məqsədi daşıdığını qeyd edib. 

"Mətbuatda yayılan məlumatlara əsasən, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılmasına dair sübutlar olmalıdı", Gürcüstan prokurorluğun saytında dərc olunmuş məlumatda deyilir.

İdarədən qeyd ediblər ki, seçkinin nəticələrinin mümkün saxtalaşdırılması işi üzrə aparılan araşdırmalar çərçivəsində bununla bağlı məlumatı olan hər kəs dindiriləcək.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.  

Gülayə Mecid 

Избранный
122
50
unikal.az

10Источники