RU

“Buna son qoymaq lazımdır!” – Xalq şairindən ETİRAZ

 

“Dövlətimizin başçısı dəfələrlə o məmurlara deyib ki, siz millətin ağası deyilsiniz, millətə xidmət etməlisiniz. Amma bu məmurlar özlərini ağa kimi aparırlar”.

Bu sözləri Xalq şairi Vahid Əziz Yenicag.az-a açıqlamasında sualımızı cavablandırrıkən deyib.

Şairə sual ünvanlamaq istəyirdik ki, səsinin batdığını gördük. Səhhəti ilə maraqlananda cavabı belə oldu:

“Dünya, dövran dəyişir, inkişaf edir. Geçənilki vəziyyət bu il olmur, dəyişirlər, uyğunlaşırlar. Azərbaycan COP29 kimi möhtəşəm tədbirə hazırlaşır. Amma bizim bəzi məmurlar dəyişmək, dövranla, zamanla, tələblərlə ayaqlaşmaq istəmirlər. Özümüz də, dövlətimiz də bunu etiraf edir ki, Azərbaycanda iqlim dəyişir, ilbəil bu dəyişim özünü büruzə verir. Beş il əvvəl oktyabr, noyabr aylarında gün adamı yandırırdı, artıq indi soyuqlar düşüb. Bizim bəzi məmurlar bunu başa düşmək istəmirlər. Gözləyirlər, havalar soyuyur, əhalinin böyük hissəsi xəstələnir, soyuq olur, virusa yoluxur, düşürlər apteklərə dərman axtarmağa, işə çıxa bilmirlər… Noyabrın sonunda nazlana-nazlana evlərə istilik enerjisi verirlər. Belə olmaz axı.

Dövlətimizin başçısı dəfələrlə o məmurlara deyib ki, siz millətin ağası deyilsiniz, millətə xidmət etməlisiniz. Amma bu məmurlar özlərini ağa kimi aparırlar. Bilmirəm niyə? Bunlar ya deyiləni eşitmirlər, ya da eşitmək istəmirlər. Adama söz deyəndə onun qulağından tutub qoparmaq lazımdır ki, eşidə bilsin. Mənim səsim ona görə batıb ki, virus tutub xəstələnmişəm. Evimiz buzxanadır. Kondisioneri qoşuram, isitmir, qızdırıcı cihazı qoşuram isitmir. Bu məmurlar nə vaxt dəyişəcək, bunu anlaya bilmirəm. Məqsədyönlü şəkildə bəzi məmurlar milləti dövlətdən narazı salmağa çalışırlar. Buna son qoymaq lazımdır”.

Cəvahir

Избранный
9
1
yenicag.az

2Источники