Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının keçmiş sədri Meral Akşenerə qarşı iddia və şikayətlərini geri götürüb.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğanın vəkili Hüseyn Aydın açıqlamasında deyib: "Hörmətli Prezidentimiz Meral Akşenerlə bağlı iddia və şikayətlərindən imtina edib. Bu çərçivədə prezidentin təhqir edilməsi ilə bağlı açılan 3 istintaq faylındakı şikayətlərdən və mənəvi təzminat tələbli 4 mülki iddiadan da imtina edilib".