RU

Ərdoğandan Baxçalının təklifinə dəstək: "Tarixi fürsətdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK terroruna son verilməsi ilə bağlı təklifini dəstəkləyib.


Modern.az-ın məlumatına görə, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə parlamentindəki fraksiya iclasında danışıb.

Qeyd edək ki, Baxçalı PKK-nın hazırda İmralı adasında həbsdə olan lideri Abdullah Öcalanın parlamentə gələrək terror təşkilatının buraxıldığını elan etməsini təklif edib.  "Onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir", - Baxçalı deyib. 

 

D.Baxçalı onu da qeyd edib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın: “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu açılmalıdır"


Ərdoğan Baxçalının təklifini tarixi fürsət kimi qiymətləndirib: "Dövlət bəy mövqeyi, cəsarətli çıxışları, siyasəti ilə daima tarixə istiqamət verən bir liderdir".

 

O qeyd edib ki, Türkiyə həm türklərin, həm də kürdlərin cümhuriyyətidir: "Bu respublika "Türkiyə Cümhuriyyətinin şərəfli vətəndaşıyam" deyən laz, çərkəz, ərəb, yunan, roman, yəni bu vətəndə yaşayan hər kəsin, hər bir fərdin cümhuriyyətdir".

 

"Milliyyətçi Hərəkat Partiyası sədrinin son çağırışlarını bu konteksdə oxuyanlar qarşımızda açılan tarixi fürsət pəncərəsini görür və həyəcanlanır. Digər tərəfdən, ölkənin və millətin ortaq maraqları əvəzinə öz şəxsi və qrup gündəmlərini güdənlər həmişəki kimi tutarsızlıq və boş söz bataqlığında qalmağa davam etdirirlər", - Ərdoğan bildirib.

 

Türkiyə lideri terrorçulara qarşı mübarizənin davam edəcəyini bəyan edib:

 

"Türkiyə terrora qarşı qətiyyətlə mübarizəni davam etdirəcək və ölkəmizə qarşı olan təhlükəni haradan gəlirsə, mütləq yox edəcəyik. İnşallah qarşıdakı dövrdə millətimiz üçün bütün cənub sərhədlərimizin təhlükəsizliyini, xalqımızın can və malının təhlükəsizliyini təmin edəcək yeni xoş xəbərlərimiz olacaq".

Избранный
2
9
modern.az

10Источники