Polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumu ilə birgə ekoloji təhlükəsizlik və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin məlumatına görə, Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı Puta qəsəbəsində fəaliyyət göstərən daş karxanasında sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
Tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsinə, həmçinin sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ