RU

“8-ci km” bazarında küçənin ortasındakı ticarət piştaxtalarının sökülməsinə başlanılıb

Bakının Nizami rayonunda "Vosmoy" bazarı kimi tanınan "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, dünəndən bazarın yaxınlığında küçə ticarətinin aradan qaldırılması istiqamətində iş aparılır.

Artıq ərazidə sonradan tikilmiş taxtadan olan köşk və piştaxtalar sökülüb. Küçə ticarətinin aparıldığı ərazinin təmizlənməsinə başlanılıb.

Öz mallarını daşımaqla məşğul olan obyekt sahibləri əvvəlcədən söküntü ilə bağlı məlumat verilmədiyini bildiriblər. Mallarının yerdə qaldığını deyən satıcılar onları harada satacaqlarını bilmirlər.

Almaz Həsənli

Избранный
14
oxumeni.az

1Источники