RU

İlk T625 GÖKBEY helikopteri Türkiyənin Jandarma Baş Komandanlığına təhvil verilib

TUSAŞ şirkəti ilk T625 GÖKBEY çoxməqsədli helikopteri Türkiyənin Jandarma Baş Komandanlığına təhvil verib.

“Poiliqon” TUSAŞ-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, daxili işlər naziri Ali Yerlikaya, Jandarma Baş Komandanı Ali Çardakcı, TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu, digər rəsmilər və şirkət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, TUSAŞ şirkətinin yerli və milli imkanlar hesabına hazırladığı T625 GÖKBEY çoxməqsədli helikopteri Türkiyə Jandarma Baş Komandanlığının aviasiya parkında yer alan köhnəlmiş UH-1 helikopterlərini əvəz etmək üçün nəzərdə tutulub. Şirkət tərəfindən Jandarma Baş Komandanlığına ümumilikdə 100 ədəd T625 helikopteri tədarük edilməsi planlaşdırılıb.

12 nəfər sərnişin tutumuna malik çoxməqsədli helikopterin ümumi uçuş ağırlığ 6 ton, maksimum sürəti 306 km/saat, xidmət tavanı 20.000 fut və uçuş müddəti isə 3.8+ saatdır. Xarici yanacaq çəni ilə 5 saatdan çox havada qala bilən GÖKBEY maksimum 948 kilometr məsafəyə uça bilir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Burak

Burak

Burak

Избранный
28
poliqon.az

1Источники