RU

Bakıda iqlim problemlərindən bəhs edən incəsənət sərgisi açılır - FOTO

COP29 ərəfəsində təşkil edilən “Meşənin Pıçıltısı-Səsin Sehri” sərgisi iqlim problemlərinin incəsənət yolu ilə daha da diqqət cəlb etməsinə yönəlib.

APA xəbər verir ki, bu barədə Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya Elnarə Nəsirlinin “Meşənin Pıçıltısı- Səsin Sehri” adlı incəsənət sərgisinin mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, tədbir Azərbaycanda unikal bir sərgiyə həsr olunub və 8 noyabr tarixində açılacaq: “Bu sərgi birgə əməkdaşlıqla ərsəyə gələn bir işdir, ümumiyyətlə incəsənət bizim həyatımızda mühüm önəm daşıyır. Əgər həyatımızda bir problem yaşayırıqsa, incəsənətə müraciət edirik və həyatımızdakı problemləri incəsənət yolu ilə həll etməyə çalışırıq”.

Səfirin sözlərinə görə, sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən vaxta təsadüf etməsi əlamətdardır: “Bu sərgi Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini xüsusi texnologiyalarla nümayiş etdirir və təbiət elminin incəsənətlə birgə vəhdətini göstərir”.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Избранный
13
apa.az

1Источники