RU

Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub - YENİLƏNİB

Azərbaycan və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) arasında COP 29 çərçivəsində keçiriləcək Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə görüş iqtisadiyyat naziri Mikayıl Cabbarov və UNCTAD-ın Baş katibi Rebekka Qrinspan ilə videokonfrans formatında keçirib.

Görüşdə COP29 çərçivəsində baş tutacaq iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (BICFIT) dair Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub. Bildirilib ki, BICFIT iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT çərçivəsində aparılacaq müzakirələr mühüm rol oynaya bilər.

Təşəbbüs dayanıqlı inkişafı dəstəkləmək, yaşıl şaxələndirməyə sərmayələri təşviq etmək və bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsi kimi mühüm məqsədləri ehtiva edir.

Qeyd edək ki, COP29 üzrə BMT-nin təsis etdiyi müvafiq Qlobal İşçi Qrupunda təmsil olunan BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsü üzrə BMT tərəfindən əlaqələndirici rolunu oynayırlar.

Избранный
61
5
sia.az

6Источники