Avropa Komissiyası Tbilisinin siyasi kursunun dəyişdirilməsini tələb edərək, Gürcüstanla Avropa İttifaqına (Aİ) qəbulla bağlı danışıqlara başlamaq tövsiyəsini verməkdən imtina edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldə dərc edilmiş namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair illik hesabatında qeyd edilib.
“Əgər Gürcüstan öz kursunu dəyişməsə, bu, onun Aİ-yə gedən yolunu sarsıdacaq. Həmçinin əsas islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün görünən səylər nümayiş etdirməsə, Avropa Komissiyası Gürcüstanla danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, - sənəddə deyilir.
Qeyd edilib ki, Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin qəbulu ilə bağlı danışıqlara başlamaq üçün əsas addımdır.
Bizim.Media