"Barselona" əsas oyunçularından biri ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, söhbət Fermin Lopesdən gedir.
Məlumatı "Relevo" yayıb. Mənbənin məlumatına görə, Kataloniya klubu bu haqda məlumatı sabah açıqlayacaq.
21 yaşlı futbolçu ilə yeni müqavilə 2028/2029 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Fermin Lopes "Barselona" akademiyasının məzunudur. Yarımmüdafiəçi “mavi qranatlılar”ın əsas heyətində 48 rəsmi oyun keçirib. O, bu matçlarda 11 bir qol vurub və 3 məhsuldar ötürmə edib.
"Barselona" hazırda İspaniya La Liqasında liderdir və ikinci pillədəki əzəli rəqibi "Real Madrid"i 6 xal qabaqlayır.
Mirağa