MMA döyüşçüsü və bloger Qadjı Xanmaqomedov "Qafqaz İcması" yaratmaq ideyasına görə saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash Gor" Telegram kanalı məlumat yayıb. Kanalda yayılan məlumata görə, o, bir gün sonra saxlanılıb. Onu polis bölməsində müstəntiq dindirib.
Xanmaqomedov hesab edirdi ki, Moskvadakı Qafqaz diasporunun bütün kəskin problemləri vahid icma çərçivəsində - "Rus İcması" ilə analogiya əsasında həll edilməli idi. Lakin hazırda bu informasiyanın rəsmi təsdiqi yoxdur.
Qeyd edək ki, bundan əvvəl, oktyabrın 30-da müstəntiqlər Moskva yaxınlığındakı Yeqoryevskdə 54 yaşlı kişini saxlayıblar. O, terrorizmi maliyyələşdirməkdə şübhəli bilinir. Ona qarşı FSB və Rusiya Daxili İşlər Nazirliyindən daxil olan materiallar əsasında cinayət işi açılıb.