RU

“Sabah” Avropa Kubokunda son ev oyununda da uduzdu

Kişi basketbolçular arasında Azərbaycan çempionu olan “Sabah” komandası bu gün FİBA Avropa Kubokunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupu çərçivəsində Belçika təmsilçisi “Spiru” ilə qarşılaşıb.

Paytaxt klubu bu rəqibi ilə doğma meydanda üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan oyun Azərbaycan çempionu üçün uğursuz alınıb. Təmsilçimiz yekunda 68:78 hesabı ilə uduzub.

Xatırladaq ki, bu komandalar arasında ilk matçda da belçikalılar doğma meydanda 82:81 hesabı ilə qələbə qazanmışdılar. Azərbaycan təmsilçisi həmçinin evdə “Marussi”yə (Yunanıstan) 70:82, “Norçöpinq Dolfins”ə (İsveç) 70:74 hesabı ilə uduzub.

Qeyd edək ki, turun digər oyununda “Norçöpinq” “Marussi”ni qəbul edəcək.

FİBA Avropa kuboku
G qrupu, 4-cü tur
30 oktyabr

“Sabah” – “Spiru” (Belçika) 68:78 (24:22, 17:16, 14:18, 13:22)
Hakimlər: Zdenko Tomasoviç (Slovakiya), Tolqa Edis (Türkiyə), Viktor Naqi (Macarıstan).
Bakı İdman Sarayı.

Xallar: Spiru – 8. Marussi – 5. Norçöpinq – 4. Sabah – 4.

Избранный
58
17
arena.az

10Источники