“İran İsrailə cavab verməməlidir, bunu etməməlidir. Əgər cavab vermək istəsələr, biz İsrailin özünümüdafiəsini dəstəkləyəcəyik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablayan zaman deyib.
İsrailin Livana hücumlarını şərh edən Jan-Pyer diplomatik həll yolunun tapılması lazım olduğuna inandıqlarını və bunun üçün çalışdıqlarını bildirib.