RU

Platformalar arası miqrasiya başladı: “Facebook” və “X”-dən ayrılanlar hara üz tuturlar?

2024-cü il Rəqəmsal Xəbər Hesabatında rəqəmsal xəbərlərin istehlakında etibarın itirilməsi və platformalararası miqrasiya ilə bağlı mühüm fikirlər var.

Oksford Universitetinin "Reuters İnstitutu" tərəfindən hər il nəşr olunan Rəqəmsal Xəbər Hesabatı rəqəmsal xəbərlərin istehlakında mövcud tendensiyaları araşdırır və xəbər mediasının üzləşdiyi problemləri ortaya qoyur.

Bu il 47 ölkədə ümumilikdə yüz minə yaxın insanla aparılan sorğulara görə, xəbərlərdən yayınma nisbəti artır, xəbərlərə inam isə azalır. İstehlakçılar xəbərlərin çoxluğundan getdikcə daha çox çaşqınlıq hiss edirlər. Generativ Süni intellekt (Sİ) isə səbəb olduğu məzmun selinə görə həm oxucuların reallıq qavrayışını, həm də etibarını şübhə altına salır.

2024-cü il Rəqəmsal Xəbər Hesabatı bədbinliyə və çıxılmaz vəziyyətə gətirib çıxarsa da, hesabat xəbər mediasında dəyişən dinamikanı göstərmək baxımından yaxşı bələdçidir.

Xəbərlərə inam azalmaqda davam edir

Seçkilər bir sıra ölkələrdə, o cümlədən ABŞ-da xəbərlərə marağı artırsa da, ümumi tendensiya aşağıya doğru gedir. Məsələn, Böyük Britaniyada xəbərlərə maraq 2015-ci ildən bəri demək olar ki, iki dəfə azalıb. mənbə.

Ölkələr arasında əhəmiyyətli fərqlər olsa da, 2024-cü il hesabatında respondentlərin yalnız 40%-nin xəbərlərə etibar etdiyi bildirilir. Ən yüksək etimad 69%-lə Şimali Avropa ölkəsi Finlandiyadadır. Macarıstan və Yunanıstan 23%-lə siyahının sonuncu pilləsində qərarlaşıb.

Hesabatın bu il xüsusi olaraq araşdırdığı başqa bir məsələ də xəbər mediasına etimad və ya inamsızlıq yaradan fundamental amillərdir. Yüksək jurnalist standartlarına uyğunluq, şəffaf yanaşma, qərəzlilikdən azad olmaq və mediada müxtəlifliyin təmsil olunması etimada təsir edən dörd əsas amildir.

Xəbərdən yayınma nisbəti də günü-gündən artır. Respondentlərin 39%-i bu və ya digər səbəbdən xəbərlərdən yayındıqlarını deyir ki, bu da ötən illə müqayisədə 3%, 2017-ci ildən isə 10% çoxdur.

Bu yayınmanın səbəbi əvvəlki illərdə olduğu kimidir. Xəbərdən yayınanların çoxu xəbər mediasının təkrarlanan və darıxdırıcı olduğunu deyir. Bəzi iştirakçılar xəbərin neqativ xarakterinin onları narahat və hiss etdirdiyini bildirirlər. Bu çəkinmə davranışı və xəbər yorğunluğu Ukrayna və Qəzzadakı müharibələr kimi uzun müddət davam edən münaqişələr üçün daha böyükdür.

Dezinformasiya nəinki xəbər mənbələrinə inamı azaldır, həm də cəmiyyətin yalan məlumatlara məruz qalması ilə bağlı narahatlığını artırır. Respondentlərin 59%-i real və saxta xəbərləri ayırd etməkdən narahatdır. Bu göstərici ötən illə müqayisədə 3 pillə yüksəkdir. Üstəlik, bu il seçkilərin keçiriləcəyi Cənubi Afrikada (81%) və ABŞ-da (72%) narahat olanların nisbəti kifayət qədər yüksəkdir. İstifadəçilərin qarşılaşdıqları dezinformasiyadan ən çox narahat olduqları platformalar “TikTok” və “X”-dir.

Davam edən müharibələr və digər aktual mövzular haqqında dezinformasiya və sui-qəsd nəzəriyyələrinə ev sahibliyi edən bu platformalarda diqqət çəkən başqa bir təhlükə saxta videolardır.

Müxtəlif platformalara miqrasiya başlayıb

Bir çox ölkələrdə xəbərlər üçün “Facebook”dan istifadədə nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Son bir ildə bütün ölkələrdə “Facebook”da xəbər istehlakı 4% bənd azalıb. Bunun əsas səbəbi platformanın xəbər və siyasi məzmunlu materialı yerləşdirmək istəməməsidir. “Facebook” 2024-cü ilin əvvəlində ABŞ və Avstraliya da daxil olmaqla bir neçə ölkədə xəbərlər seqmentini bloklayacağını bildirmişdi. mənbə

Избранный
56
publika.az

1Источники