Sosial mediada yayılan dezinformasiyanın əhatə dairəsi insanların təcrübə sahələrini əhatə edir. Bəs karyera və tərcümeyi-hal haqqında şübhəli və yanlış məlumatlardan necə qorunmalıyıq?
Türkiyədə bir gəncin tərəvəz və meyvə tullantıları ilə bioplastik istehsal etməyi bacardığı xəbərini görsəniz nə düşünərdiniz? Ona həmin dövrün Milli Təhsil Naziri tərəfindən hər cür dəstək vəd edildiyini desək, heyrətlənməzsiniz? Bütün bunlar doğru olsaydı, elm aləmində perspektivli bir inkişaf ola bilərdi.
2018-ci ildə tərəvəz tullantılarından bioplastik istehsalındakı uğuru ilə gündəmə gələn Əmirhan Belli o zamankı Milli Təhsil Naziri Ziya Tunçdan dəstək vədi alıb.
Bellinin mediada əksini tapan “nailiyyətləri” bununla da bitməyib. “İspanaqdan qaşıq istehsal edən” Əmirhan “Bilimsenol” adlı platforma da qurub, akademik təcrübəsi ilə bağlı zaman-zaman müxtəlif müsahibələr verib. Lakin Türkiyə mediasının araşdırdığı bu “parlaq hekayə”nin ziddiyyətlərlə dolu və həqiqətdən uzaq olduğu məlum olub.
Əmirhan və ispanaqdan istehsal etdiyini iddia etdiyi çəngəl sosial mediada zaman-zaman rastlaşdığımız təsdiq ehtiyacı olan məlumatlara bir nümunədir: Karyeraları, nailiyyətləri və CV-ləri haqqında, etibar, maddi gəlir kimi müxtəlif səbəblərlə yanlış məlumat verən insanlar. Həm dünyada, həm də Türkiyədə bu misallara tez-tez rast gəlinir. Sosial medianın qarşılıqlı əlaqəyə yönəlmiş quruluşu ilə, bu yanıldıcı, lakin diqqətçəkici hekayələr filtr və nəzarət olmadan bir çox istifadəçiyə çatır.
Bu insanların ifadələrindən asılı olmayaraq onların keçmişini tam təsdiqləmək mümkün olmaya bilər, lakin açıq mənbələrdən istifadə edərək izləyə biləcəyiniz bəzi üsullar var.
Yanlış karyera qlobal bir fenomendir
Əmirhanın saxta karyerası, həqiqiliyi yoxlanılması mümkün olmayan sənədlər, oğurlanmış layihələr, təhsili ilə bağlı uyğunsuzluqlar və adının Əmir olaraq dəyişdirilməsi kimi tapıntılar vasitəsilə üzə çıxıb.
Saxta diplomlarla, qeyri-real peşə təcrübəsi və ya təhsil hekayələri ilə vəzifəyə gələn insanlar təkcə Türkiyənin problemi deyil. Ən məşhur nümunələrdən biri 2012-ci ildə yaşanıb.
Məlum olub ki, ən çox istifadə olunan axtarış sistemlərindən biri olan “Yahoo”nun o zamankı CEO-su Skott Tompsonun kompüter elmləri məzunu olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Verdiyi qeyri-müəyyən cavablar Tompsonla bağlı şübhələr yaradıb və məzun olduğu il universitetdə belə bir kafedranın olmaması ilə də təsdiqlənib. Tompson əslində “Stounhill” Kollecini mühasibatlıq dərəcəsi ilə bitirib.
Stenford Universitetinin Kimya Mühəndisliyi fakültəsinin məzunu Yelizavet Holms və onun açdığı sağlamlıq texnologiyaları şirkəti “Theranos”un da oxşar hekayəsi var. Sonradan məlum olub ki, “Theranos” daxilində inqilabi “qan analizi aparatı” hazırladıqlarını açıqlayan Holmsun əslində bu layihəni həyata keçirəcək texniki biliyi yoxdur.
Holmsun ifşasına səbəb isə 900 milyon dollar dəstək tapdıqda, onun proses zamanı verdiyi tutarsız cavablar olub. Holmsun keçmişi və layihə haqqında söylədiyi yalanlar “Wall Street Journal”-dan Con Karreyrounun laboratoriya nəticələrinin etibarsız olduğunu yazması ilə ortaya çıxıb.
Son vaxtlara qədər özünü "hava proqnozu mütəxəssisi" kimi təqdim edən və “X”-də proqnozlar paylaşan Kərəm Öktən ekranlara və qəzetlərə qədər yol tapa bilib.
İştirak etdiyi proqramlarda adının "meteoroloq" kimi hallandırılmasına icazə verən Kərəm heç bir meteoroloji təhsil almadığı Meteorologiya Mühəndisləri Palatasının açıqlaması ilə ortaya çıxıb.
Sosial mediada “psikologbuseaydın” istifadəçi adı ilə paylaşımlar edən Busə Aydın psixologiya və cinsəl həyatla bağlı məsləhətlər verir. Aydının təkcə “İnstaqram”da 450 mindən çox izləyicisi var.
Özünü “cinsi terapevt” kimi təqdim edən Aydının tövsiyələrinin sensasiyalı olması onun karyerasının araşdırılmasına səbəb olub. Beləliklə, Aydının əslində yalnız psixologiya dərəcəsinə malik olduğu və cinsi sağlamlıq sahəsində məsləhət vermək səlahiyyətinin olmadığı üzə çıxıb. Nəticədə Reklam Şurası Aydını külli miqdarda cərimələyib.
Bütün bu misallarda yanlış məlumatlar arasında bir məqamı görmək mümkündür. İnsanların müzakirəsinə daxil olan saxta başlıqlar, şişirdilmiş şəkildə təsvir edilən təcrübələrlə dəstəklənir.
Çox vaxt bu insanlar tutarsız ritorika və sübutlarla təsdiqlənə bilməyən iddialarla maskalanırlar. İnsanlar zaman-zaman iddialarını saxta sənədlər və sertifikatlarla dəstəkləyə və ya manipulyasiya xarakterli və peşəkar görünüşlü şərhlər edərək insanları çaşdıra bilərlər.
İctimaiyyətin bütün bunlara inanmaq meyli, ümumiyyətlə, “səriştəli” mənbələrdən məlumat əldə etmək istəyinin birbaşa nəticəsidir. Xəbər və məlumat mənbəyi kimi istifadə edilən sosial mediada dezinformasiyanın yayılmasına təkan verir. Digər amil isə informasiya mənbələrinin sorğu-sual edilməməsidir. Bu, paylaşılan məlumatların istifadəçilərin inanc və istəklərinə uyğun olması ilə əlaqədardır. Ssenari gerçəkləşəndə məlumatın mənbəyini sorğulamadan onun yayılmasına töhfə verir.
Özümüzü saxta ekspertlərdən necə qoruyaq?
Bir şəxsin iddia edilən adı, ixtisas sahəsi və ya təcrübəsi ilə bağlı hər hansı bir şübhəniz varsa, bunun şəxsin diskursunda nə vaxt yerləşdiyini araşdırmaqla izi tapmaq olar. Açıq mənbələrdən və axtarış sistemlərindən istifadə edərək açar sözləri araşdırmaq sizə həmin şəxsin keçmişi haqqında məlumat verəcək.
Məsələn, jurnalist Fatih Altaylının “YouTube”-da yayımlanan proqramında qonaq olan iqtisadçı ekspert Bartu Soral özü haqqında danışarkən “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) keçmiş prezidenti” ifadəsini işlədib. Soral sonradan hadisənin dil sürüşməsi olduğunu açıqlasa da, bir müddət beyinlərdə şübhə qalıb.
Açar sözlərdən istifadə etməklə aparılan araşdırmada Soralın bir çox kontekstdə “keçmiş BMTİP prezidenti/direktoru” kimi təqdim edildiyini görünür. “Google”un qabaqcıl və tarix filtrli axtarış funksiyası sayəsində bu ifadələr 2008-ci ilə qədər izlənilə bilər.