RU

Ölümcül McDonald's epidemiyasının səbəbi məlum oldu

 

ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan E. coli epidemiyasının mənbəyinin McDonald's restoranlarında istifadə edilən doğranmış baş soğan olduğunu açıqlayıb.Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.Sözügedən soğanların “Taylor Farms” tərəfindən tədarük edildiyi bildirilib.McDonald's da bu soğanları menyularından çıxarıb.Qeyd edək ki, E. coli bakteriyası  ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.Leyla SƏMƏNDƏRMissiya.Az

Избранный
47
missiya.az

1Источники