RU

Şimali Koreya qitələrarası ballistik raket buraxıb

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarasıballistik raket buraxıb.

Trend xəbər verir ki, ölkəninrəsmi informasiya agentliyi KCNA bu barədə məlumat yayıb.

Agentlik buraxılışı ölkənin lideri Kim Çen Inın yerindəizlədiyini bildirib.

Yonhap agentliyi də Cənubi Koreya silahlı qüvvələrininqərargahına istinadla KXDR-in Yapon dənizi istiqamətindəqitələrarası ballistik raket buraxması barədə xəbər yayıb. Raketinyerli vaxtla səhər saat 7:10-da Pxenyan yaxınlığından buraxıldığıbildirilir.

NHK kanalının kameraları Hokkaydo adası yaxınlığında ağ rəngliobyektin dənizə düşdüyünü görüntüləyib. Yaponiyanın MüdafiəNazirliyi isə Şimali Koreyanın buraxdığı raketin Yaponiyanındənizdəki məxsusi iqtisadi zonasından kənara, Hokkaydo adasından200 kilometr məsafədə suya düşdüyünü açıqlayıb. Qurum raketinuçuşunun 1 saat 26 dəqiqə çəkdiyini, bunun Şimali Koreyanınindiyədək ən çox uçan ballistik raketi olduğunu bəyan edib. Raketintəxminən ən yuxarısı 7 min kilometr yüksəklik olmaqla 1000 kilometrməsafə qət etdiyi bildirilir.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl sonuncu dəfə ötən ilindekabrında qitələrarası ballistik raket sınağı keçirib.

KXDR-in raket buraxılışı Pxenyanın Ukrayna müharibəsindəvuruşmaq üçün Rusiyaya hərbçi göndərməsi barədə kəşfiyyatməlumatlarının açıqlanmasından sonra yaranmış gərgin dövrə təsadüfedir. Cənubi Koreya və ABŞ Pxenyanın bu addımını qınayıb. RəsmiSeul hətta buna cavab olaraq Ukraynaya hərbi yardım göstərməyinəzərdən keçirdiyini açıqlayıb.

Избранный
99
15
az.trend.az

10Источники