Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixi ilin sonuna qədər elan olunacaq.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açılamasında deyib.
O qeyd edib ki, 2025-2026-cı il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək.
M. Abbaszadənin sözlərinə görə, şəhid övladları üçün sınaq imtahanları pulsuz keçiriləcək.